Rusiya XİN: “Azərbaycanın Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq”
“Azərbaycan hakimiyyətinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin, iqtisadi rifahının təmin edilməsi ilə bağlı bəyanatlarını alqışlayırıq”.
“İNFONEWS” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Hesab edirəm ki, bu, çox düzgün siqnaldır. Moskva “Rusiya sülhməramlı kontingenti də daxil olmaqla, Bakı və İrəvanın barışması üçün prinsipial əhəmiyyət kəsb edən bu prosesə hər cür kömək edəcək”, – Zaxarova qeyd edib.