Bakının bir sıra yollarında tıxac yaranıb.
Bu barədə “İNFONEWS” -a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Hazırda:
1. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
2. Tbilisi prospekti, mərkəz istiqamətində;
3. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
4. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;
5. Babək prospekti, mərkəz istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.