Bu gün azadlığını yaşayan bütün ərazilərimiz dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat, nəfəs qayıdır
17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür.
“İNFONEWS” xəbər verir ki, təqvimin bu əlamətdar günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
17 noyabr 1992-ci ildə Azərbaycanda Milli Dirçəliş Günü elan olunub.
Artıq növbəti ildir ki, Milli Dirçəliş Günü Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd olunur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız azad edilib. Artıq 3 ildir ki,
Erməni vandalizminin illərlə qurbanı olmuş və bu gün azadlığını yaşayan bütün ərazilərimiz dirçəlir, Qarabağa və Şərqi Zəngəzura həyat, nəfəs qayıdır.