Azərbaycanın dövlət büdcəsinin kəsiri 218 milyon manata düşüb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 218 milyon manata düşüb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 412,8 milyon manat, xərcləri isə 26 milyard 630,6 milyon manat təşkil edib.

İNFONEWS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 % az və 14,8 % çoxdur.

Son nəticədə büdcədə 217,8 milyon manat kəsir yaranıb.

Xatırladaq ki, yanvar-sentyabr aylarının yekununda büdcədə 1 milyard 137,5 milyon manat kəsir, ötən ilin eyni dövründə isə 3 milyard 823,4 milyon manat profisit yaranmışdı.

 

Əzizə Əlizadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

İNFONEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir