ABŞ-ın Suriyadakı hərbi bazası vurulub
ABŞ-ın Suriyanın şimal-şərqində yerləşən hərbi bazasına pilotsuz uçuş aparatı ilə zərbə endirilib.
İNFONEWS xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Baza Tel El Baidar şəhərində yerləşir.
Qeyd edək ki, ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumlar mütəmadi hal alıb. Belə ki, oktyabrın 17-dən noyabrın 14-dək 55 dəfə hücum edilib.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır