Slovakiya Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edib
Slovakiya Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyalar paketinə atom elektrik stansiyaları üçün nüvə yanacağının daxil edilməsinə qarşı çıxacaq. Bu, hökumət koalisiyasında ən böyük partiya olan “İstiqamət – Sosial Demokratiya” üçün qırmızı xəttdir.
İNFONEWS xəbər verir ki, bunu ölkənin xarici və avropa işləri naziri Yuray Blanar bildirib.
Bizim üçün qırmızı xətt odur ki, sanksiyalar paketində nüvə yanacağı olmamalıdır. Atom elektrik stansiyalarımız hələ də alternativ yanacağa keçid edə bilmir. Bu qəti şəkildə məhdudlaşdırıcı tədbirlər siyahısında ola bilməz”-deyə, o bildirib.
Onun sözlərinə görə, Aİ Slovakiyanın fikrini dinləyəcək: “Əgər Rusiyanın nüvə yanacağı yeni sanksiyalar paketinə daxil edilərsə, Bratislava bu müddəanın qarşısını almaq üçün veto hüququndan istifadə edəcək”.
Əzizə Əlizadə
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır