Bakıda iki avtobusun hərəkət sxemi dəyişib

Bakıda iki marşrut xəttinin hərəkət sxemi dəyişib.

“İNFONEWS” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki,  53 nömrəli marşrutun müntəzəm hərəkət sxemində dəyişiklik edilib. Sərnişinlərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

4 nömrəli müntəzəm marşrutunun istismarı isə “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir