Rusiyanın paytaxtı Moskvada Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Miqran Poqosyan saxlanılıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Miqran Poqosyan Ermənistanda 1,3 milyon dollar məbləğində vergidən yayınmaqda ittiham olunur.
Məlumat üçün əlavə edək ki, M.Poqosyan, həmçinin, doqquz cinayət maddəsi ilə axtarışdadır.