Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir.
“İNFONEWS” -ün xəbərinə görə, bununla bağlı Milli Məclisə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olub.
Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb.
1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunub.
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.