İsrail XİN CAR-dakı səfiri geri çağırıb.
İsrailin Cənubi Afrika Respublikasındakı səfiri məsləhətləşmələr üçün geri çağırılıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, buna səbəb Cənubi Afrika Respublikasındakı rəsmi şəxslərin son bəyanatları olub.
Xatırladaq ki, CAR hökuməti Qəzza zolağında davam edən hərbi əməliyyatı fonunda məsləhətləşmələr üçün İsraildəki diplomatlarını geri çağırmışdı.