ABŞ Ukraynaya növbəti dəfə hərbi yardım edib.
ABŞ Ukraynaya 100 milyon dollar dəyərində hərbi yardım elan edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bu, 2021-ci ilin avqust ayından bəri ABŞ Prezidenti Co Bayden Administrasiyası tərəfindən Müdafiə Nazirliyinin anbarından Ukraynaya verilən 51-ci yardım tranşıdır.
Paketdə əlavə hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, tank əleyhinə silahlar və Ukraynaya suveren ərazisini müdafiə etməyə və Rusiyanın davam edən təcavüzkar müharibəsindən azad olmaq üçün mübarizə aparmağa kömək edəcək digər hərbi avadanlıqlar yer alır.
Həmçinin paketə dəyəri 100 milyon dollara qədər olan yardım paketinə “Stinger” zenit raketləri, bir Yüksək Mobil Artilleriya Raket Sistemi (HIMARS) və əlavə döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, optik istiqamətləndirici TOW raketləri, “Javelin” və AT-4 tank əleyhinə sistemləri, 3 milyondan çox atıcı silah patron, maneələri məhv etmək üçün döyüş sursatları, soyuq hava üçün avadanlıq daxildir.
Qeyd edək ki, bu yardım ABŞ-ın müdafiə naziri Lloyd Ostinin noyabrın 20-də Kiyevə səfəri ilə eyni gündə baş verib.