Qırğızıstanlı deputat: Heydər Əliyev Azərbaycanın dünyada nüfuzunun artmasında böyük işlər görüb.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın dünya səviyyəsində nüfuzunun artmasında böyük işlər görüb. Onun hakimiyyətə gəlməsi ilə, həmçinin Azərbaycanda parlament inkişaf etdi, əhalinin sosial rifahı yaxşılaşdı, iqtisadiyyat dirçəldi.
“İNFONEWS” xəbər verir ki, Qırğızıstan Respublikasının Joqorku Keneşinin üzvü Dastanbek Cumabekov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) 15 illiyinə həsr olunmuş konfransda söyləyib.
Dastanbek Cumabekov əlavə edib ki, Ümummilli Liderin vətənpərvərliyin Qarabağın işğaldan azad olunmasında mühüm rolu oldu.