Sabah Füzuli, Abşeron, həmçinin Bakının Qaradağ və Binəqədi rayonlarında qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “İNFONEWS”-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” və “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar noyabrın 22-də saat 08:00-dan “Fizuli-Horadiz” və “Füzuli Diaqnostika” ölçü qovşaqlarından, saat 09:00-dan “Qobu”, “Müşfiqabad”, “Aşağı Güzdək”, “Pirəkəşkül” və “Ceyranbatan” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Füzuli rayonunun, eləcə də Abşeron (Aşağı-Güzdək, Daş Güzdək, Atyalı, Hökməli, Nübar, Müşfiqabad Qaçqınlar şəhərciyi, Çaylı-Qobustan yaşayış massivi, Ceyranbatan və Saray qəsəbələri və 21 qeyri-yaşayış sahəsi), Qaradağ (Müşfiqabad qəsəbəsi) və Binəqədi (28 May qəsəbəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.