Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin I təsnifatına daxil edilir

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

“İNFONEWS” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir