Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərlə birlikdə Fələstinin HƏMAS radikal hərəkatı ilə İsrail arasında girovların mübadiləsini təşkil etmək üçün intensiv iş aparmağa davam etdiyini bildirib.
Bu barədə “İNFONEWS” TRT telekanalına istinadən xəbər verir.
“Girovların mübadiləsi məsələsinə gəlincə, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) və Milli Kəşfiyyat Təşkilatı (MİT) Qətərlə birgə işləməyə davam edir. Biz bu məsələdə ən qısa zamanda nəticə əldə etmək istəyirik”, – Ərdoğan səfərdə olduğu Əlcəzairdə keçirilən mətbuat konfransında deyib.