Sabirabadda altı yaşlı uşağı avtomobil vurub

Sabirabadda avtomobil altı yaşlı uşağı vurub.

Bu barədə “İNFONEWS” -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün saat 15 radələrində rayon ərazisində baş verib. Rayonun Yolçubəyli kənd sakini F.Əlpaşayev idarə etdiyi “Toyota Prado” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən qarşısına çıxan azyaşlını vurub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir