Qazax sakini qətlə yetirilib

Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.

“İNFONEWS” xəbər verir ki, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu qətlə yetirməkdə Rəşad Məhərrəmov şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir