İsrail hərbçiləri HƏMAS-ın obyektlərinə zərbə endirib.
İsrail hərbçiləri son gün ərzində Qəzza zolağında HƏMAS-ın 300-dən artıq obyektinə zərbə endirib.
“İNFONEWS” “Bild”ə istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusu yayıb.
Məlumata görə, Hərbi Hava Qüvvələri ilə yanaşı İsrail ordusu qurudan da hücumları davam etdirib. Bildirilib ki, onlar HƏMAS-ın yeraltı obyektlərini dağıdıb və anklavın şimalındakı bir neçə terror yuvalarına, o cümlədən qruplaşmanın müşahidə məntəqəsinə, bir sıra terrorçu hücrələrə hücum ediblər.