İqtisadiyyat nazirinin müavini Siyəzəndə vətəndaşları qəbul edəcək.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov noyabrın 28-də Siyəzən şəhərində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90 – Heydər Əliyev Mərkəzi) Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən “İNFONEWS”-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək. Qəbula gəlmək istəyən Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya “195-1” Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.