QALİB AZƏRBAYCANIN QALİB GƏNCLƏRİ ! – Arzu Məmmədova

QALİB AZƏRBAYCANIN QALİB GƏNCLƏRİ ! – Arzu Məmmədova
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 24/7 kitabxanasının müdiri Arzu Məmmədova 2 fevral “Gənclər günü” münasibətilə öz məqaləsini “İNFONEWS”a təqdim edib.

Gənclər bizim xoşbəxt gələcəyə ümidimizdir. Həmişə də belə olub. Buna görə də sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər birimiz üçün ən başlıca məqsəddir. Çünki ölkənin gələcək müqəddəratı indiki gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkəmiz inkişaf edir, lakin ənənələri, milli dəyərləri yaşatmaq və gənclərə ötürməklə respublikamızın hərtərəfli, uğurlu inkişafına biz yalnız belə töhfə verə bilərik.
Ölkəmizin çiçəklənməsinin və rifahını zəmanəti gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Bu gün qürurla deyə bilərik ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-
ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, ilk növbədə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, bununla da əməli fəaliyyətində yüksək vətəndaşlıq hislərinə malik olduğunu nümayiş etdirir.
İftixarla qeyd etməliyik ki, xalqımız bu günü və gələcəyinə görə ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Ümummilli liderimiz həmişə gəncliyinə böyük ümidlər bəsləyib və çıxışlarında “Azərbaycanın gələcəyi gənclərin əlindədir” fikrini dəfələrlə vurğulayıb. Həyatı boyu ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verib.
Məhz 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyaraq, gənclərə söyləmiş ki, “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Ulu öndərin gənclərə hər bir tövsiyəsi onların inkişafına, əminliklə fəaliyyət göstərməyinə təkan vermiş olub. Elə həmin illərdən bu günədək Azərbaycanda gənclər hərəkatının vüsət almasına şahid olmuşuq.

Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai- siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaradıb, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edib. Bütün
bunlar ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının bir daha sübutudur. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev, Bizinci vitse-
prezident Mehriban Əliyevanın gənclərin yanında olması, onları dəstəkləməsi ümummilli liderin gənclər siyasətinə sadiqliyinə bariz nümunədir.
Həmçinin Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdılıb və hüquqi baza təkmilləşdirilib. Bu istiqamətdə görülən işlər sırasında Heydər Əliyev Fondunun xidmətləri böyük və danılmazdır. Azərbaycanın Birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.
“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.”
Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə hər gün bir daha sübut edirlər. Gənclərin məhz II Qarabağ Müharibəsində, eləcə də hazırda arxa cəbhədə apardıqları mübarizə qürurvericidir.

Bu gün böyük iftixarla qeyd etməliyik ki, Qalib Azərbaycanın qalib gəncləri ölkəmizin şərəfli, zəfərli və mürəkkəb bir dövrünü yaşayır. Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin qorunub möhkəmləndirilməsində, işğaldan azad edilmiş ərazilərimizin dirçəlişində, Qarabağın quruculuq işlərində, eləcə də post- pandemiya dövründə ölkə iqtisadiyyatının inkişafinda, əhalinin sosial problemlərinin həllində, 44 günlük Vətən Müharibəsi Şəhidlərinin ailələrinə və Qazilərə dəstək və yardım layihələrində, ən əsası isə hələ də “revanş” arzusu ilə yaşayan düşmənlərimizin media savağında gənclərimizə ehtiyac böyükdür.
Hazırda bu işlərin öhdəsindən gənclərimiz layiqincə gəlir və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx biləşiblər ki, bundan sonra da öz həyat və yaradıcılığını xalqına, Vətəninə və dövlətinə həsr etməyə hazır olduqlarını əməli fəaliyyətləri ilə sübut edəcəklər. Biz də hər zaman gənclərin yanındayıq və onların gördükləri işlərdə bilik, bacarıq və təcrübəmizlə dəstək olacağıq.

Biz sözlə, Azərbaycan gəncləri böyük qüvvədir. Yaşasın Qalib Azərbaycanın Qalib Gəncləri!

 

Arzu Məmmədova UNEC KİM 24/7 kitabxanasının müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir