Azərbaycan və Qazaxıstan səfirləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Qazaxıstan səfirləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“İNFONEWS” xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Rusiyada diplomatik korpusun duayeni qismində Qazaxıstan səfiri Dauren Abayevlə görüşüb.

Azərbaycan səfiri həmkarını məsul vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar diləyib. P.Bülbüloğlu qonağı Rusiya Federasiyasında diplomatik korpusun duayeni qismində öz fəaliyyəti barədə məlumatlandırıb.

D.Abayev Qazaxıstan səfirliyində çalışdığı Bakını səmimiyyətlə xatırlayıb. Görüş əsnasında Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın bir sıra aspektləri, eləcə də iki ölkənin Rusiyada fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin qarşılıqlı əlaqələrinin perspektivləri müzakirə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılı. Qazaxıstan səfiri səmimi görüşə və məzmunlu söhbətə görə Polad Bülbüloğluna minnətdarlığını bildirib.

Sonda Azərbaycan səfiri qazaxıstanlı həmkarına Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ işğaldan əvvəl və sonra” kitabını hədiyyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir