Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının “Yuxarı Lars” keçid məntəqəsindən keçməsinə icazə vermir.
“İNFONEWS” xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilir ki, səbəb kimi fitosanitar standartların pozulması göstərilir.
Erməni ekspertlər isə bunun “siyasi” olduğunu iddia edirlər. Qeyd edilir ki, xeyli ixracatçı bu gün çətinliklə üzləşib, alma, çiyələk, balıq məhsulları, hətta it yemi geri qaytarılıb.
Qeyd edək ki, Yuxarı Lars yolunun hava şəraiti ilə əlaqədar yük maşınları üçün bağlandığı haqda məlumat yayılmışdı.