Çin ABŞ esminesini Çinin ərazi sularından çıxarıb

Çin hərbçiləri Cənubi Çin dənizindəki Çin ərazi sularına daxil olan Amerikanın “USS Hopper” esminesini sıxışdırıblar.

“İNFONEWS” xəbər verir ki, bu barədə CGTN telekanalı Çin Xalq Azadlıq Ordusunun cənub döyüş komandanlığına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Çin ordusu xarici gəmini izləmək və xəbərdarlıq etmək üçün dəniz və hava qüvvələrini səfərbər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir