Rusiyanın paytaxtı Moskvanın hava limanlarında əvvəllər tətbiq edilən məhdudiyyətlərdən sonra normal rejimdə iş bərpa olunub.
“İNFONEWS” xəbər verir ki, Moskvanın bütün hava limanları – “Şeremetyevo”, “Domodedovo” və “Vnukovo” normal rejimdə işləyir.
Qeyd edək ki, hava limanlarında reyslər dron təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.