“Qışın ortasında, yaz havasıydı…” – BƏNZƏRSİZ ÇİÇƏKLƏRİM

“Qışın ortasında, yaz havasıydı…” –  BƏNZƏRSİZ ÇİÇƏKLƏRİM

“İNFONEWS.AZ ONLAYN MEDİA REDAKSİYASI” “BƏNZƏRSİZ ÇİÇƏKLƏRİM” adlı yeni layihəsinə başlayır.

Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının çağdaş xanım şairələrinin sislsilə şeirləri təqdim ediləcəkdir.

Layihəyənin ilk buraxılışına Azadə Novruzovanın yaradıcılığı ilə start verilir.

Azadə Novruzova Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, şairə-publisist, Türkiye İlim ve Edebiyat Eseri Sahibləri Meslek Birliyi (İLESAM), Avrasya Sanat Kültür Edebiyat və Bilim Federasyonu (ASKEF), Türkmən Ədəbiyyatı Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşıdır və Prezident təqaüdçüsüdür.

Ovum-ovum ovulub
Brcə çimdik toz olmuşam.
Gülüm, gəl “Xəlvət”ində gizlət məni.
Vətən bütövlənəndə
Qatarsan Araz suyuna

*******

Həsrətindən hana qurub,
İlmə-ilmə arzular toxudum
Çiçəklərin al gülündən.
Vətən arzum, gül arzum.
Hanadan gülən arzum.
Gül üzümə, gül arzum!

*******

Qışın ortasında, yaz havasıydı.
Səfindən ayrılan, quş oldum gəldim.
Döndüm min arzuya, min bir diləyə
Bir çimdik torpağı
Tutiyə kimi alıb dimdiyimə
Göyə götürdüm.
Gördüm Allah açıb bağlı qapısın
Bilir hardan gəlib, hara gedirəm…

*******

Yenə sənsən ağlımda,
yenə sən.
Bəmbəyazdır dünyanın donu.
Sular üzümə gülür…
Çiçəklər pəmbə…
Dünya elə gözəldir…
Yenə öpə ayaqqabıların küçəmizin dodaqlarından…
Yenə sən gələsən…
Yollar sevinə.

(ardı var)…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir