Sumqayıt şəhəri Məişət Tullantıları Poliqonunda 27 noyabr 2023-cü il tarixində gecə saatlarında baş vermiş yanğınla bağlı araşdırma və monitorinqlər aparılıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəsmisi Ceyhun Muradov bildirib ki, hadisə ilə əlaqədar idarənin əməkdaşları əraziyə cəlb olunub və günün müxtəlif saatlarında monitorinq və ölçmə işləri aparıb:
“Sumqayıt şəhəri ərazisində günün müxtəlif saatlarında aparılan ölçmələrə əsasən havada dəm qazının miqdarı 1,5-1,7 dəfə normadan artıq olub”.
C. Muradovun sözlərinə görə, saat 18:00-a olan monitorinq nəticələrinə əsasən ərazidə hava keyfiyyət göstəriciləri norma daxilindədir.