Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və Avropa İttifaqı nümayəndələrinin Rusiyaya qarşı sanksiyaların tətbiqi tələbi ilə Mərkəzi Asiya ölkələrinə səfərlərini həyasızlıq adlandırıb.
“İNFONEWS” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” tədbirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyadan rəsmi olaraq təyin olunmuş sanksiya elçiləri Mərkəzi Asiyanı gəzirlər: “Onlar gedib açıq şəkildə deyirlər: “Siz KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.), Aİİ (Avrasiya İqtisadi İttifaqı-red.), MDB (Müstəqil Dövlətlər Birliyi – red.), ŞƏT-in (Şanxay Əməkdaşlıq Təşkilatı – red.) üzvlərisiniz. Bununla belə, siz Rusiyaya qarşı sanksiyalarımıza da əməl etməlisiniz”.
XİN rəhbəri bildirib ki, ABŞ minlərlə qeyri-hökumət təşkilatı yaradıb, onların yüzlərlə, yüzlərləsi postsovet məkanında, xüsusən Ermənistanda, xüsusən də Qırğızıstanda işləyir.
S.Lavrov vurğulayıb ki, bu, sadəcə, həyasızlıqdır: “Qərb dövlətləri daha hiyləgər, bir az daha hörmətli davrana bilərdilər. Onlar həmin ölkələri alçaldırlar”.