Bu il Azərbaycanda təbii fəlakətlər və digər hadisələr nəticəsində əkin sahələrinə dəyən zərərlər üzrə təqribən 6 milyon manat sığorta ödənişi ediləcək.
Bu barədə “İNFONEWS” a Aqrar Sığorta Fondundan (ASF) bildirilib.
Bu, ötən ilki sığorta ödənişindən 2,6 dəfə çoxdur.
Belə ki, ölkədə fermerlərə 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə isə 2,3 milyon manat sığorta ödənişi edilib.
Qeyd edək ki, Azərbaycanda bu ilin yay fəslində temperatur üzrə rekord göstəricilər qeydə alınmasa da, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.