HƏMAS Qəzzada razılaşdırılmış atəşkəsi pozub.
“İNFONEWS” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.
Qeyd olunub ki, 1 saat ərzində Qəzza zolağında 3 partlayıcı qurğu işə salınıb.
Bildirilib ki, İsrail ordusu atəşkəsə əməl etməkdə davam edir.
Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.
Qeyd edək ki, Yaxın Şərqdə müharibə bu il oktyabrın 7-ə başlayıb.