“Bu mükafatı alan ikinci Türk qadını kimi tarixə düşmək mənim üçün şərəfdir” – Elif Selçuk

“Bu mükafatı alan ikinci Türk qadını kimi tarixə düşmək mənim üçün şərəfdir”

Denizli Merkezefendi Pınar Baha Abalıoğlu Anadolu Liseyinin müəllimi Elif Selçuk “Britaniya Sheinspiresawards” – ın 2023-cü il “Rising Star’”layihəsinin “Cəmiyyəti ilhamlandıran və lider qadın” kateqoriyasında 20 yüksəknəticəli qadın iştirakçısı arasından qalib olub və Mançester Boltonda keçirilən qala gecəsində mükafatlandırılıb.

“Mən bir pedaqoq kimi gənc qızların öz potensiallarını aşkara çıxarmalarına yardım göstərərək, cəmiyyətə müsbət təsir göstərəcəyini istədim. Ona görə də bu ödülü qızların həyatını dəyişdirməyə nail olan bütün xanımlara həsr edirəm.”

“İNFONEWS” xəbər verir ki, bu fikirlər Britaniyanın She Inspires Vəqfi tərəfindən təşkil edilən “Sheinspiresawards – 2023” yarışmasının qalibi Denizli Merkezefendi Pınar Baha Abalıoğlu Anadolu Liseyinin müəllimi Elif Selçuka aiddir.

Qaliblər tədbirin qala gecəsində 17 kateqoriya üzrə mükafatlandırılıblar. Dünyanın müxtəlif ölkələrində yaşayan müxtəlif təbəqələrdən olan qadınların cəsarət, qələbə, xeyirxahlıq, şəfqət, transformasiya, bacarıq və uğurun qeyri-adi nümunələri nümayiş etdirilən bu bayram gecəsində qadınların gördükləri işlərin, xidmətlərin və eləcə də, özünəməxsus həyat hekayələri ilə dolu olan qadınların yerli və qlobal səviyyədə qeyri-adi nailiyyətləri təqdir edilib.

“Təhsilə verdiyim töhfələrin beynəlxalq səviyyədə qiymətləndirilmək və bu kateqoriya üzrə 20 qadın arasından seçilmək və bu mükafatı alan ikinci Türk qadını kimi tarixə düşmək mənim üçün şərəfdir”.

Qeyd edək ki, Elif Selçuk bu mükafatı ilə Denizli Merkezefendi Pınar Baha Abalıoğlu Anadolu Liseyinin ilki, Türkiyəni təmsil edən qadın kimi ikincilik qazanmış olub. Bundan öncə 2021-ci ildə Nurten Akkuş “Global Teacher Prize” kateqoriyası üzrə dünyanın ən yaxşı 10 müəllimindən birincisi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir