Azərbaycanlı heyətin Minskdə N.Rəfiyev küçəsindəki 170 saylı məktəbdə görüşü baş tutub

Azərbaycanlı heyətin Minskdə N.Rəfiyev küçəsindəki 170 saylı məktəbdə görüşü baş tutub

Noyabrın 28-də Azərbaycanın Moskvadakı Diasporu rəhbəri Bəxtiyar Həsənovun başçılığı ilə geniştərkibli nümayəndə heyəti Minsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev küçəsində yerləşən 170 saylı məktəbdə qonaq olub.

“İNFONEWS” “azermos.ru” – a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Azərbaycanlıların Moskvada Milli-Mədəni Muxtariyyəti Şurasının sədr müavini Həşim Məmməd Cəfər oğlu Əliyev, Nəcəfqulu Rəfiyevin qardaşı oğlu vəkil Azər Rəfiyev, Azərbaycanın əməkdar jurnalisti, “Azərbaycanda Rus dili və Ədəbiyyatı” (“Русский язык и литература в Азербайджане”) jurnalının baş redaktoru, filologiya elmləri doktoru, professor Flora Sultan qızı Nəciyeva və Bakı Slavyan Universitetinin dosenti Kəmalə Aydın qızı Umudova, “Ədəbiyyat dünyası”nın (“Мир литературы”) baş redaktoru Elmar Şeyxzadə, “Yeni Səs”in baş redaktoru Tünzalə Bayramova, Moskva Linqvistika Universitetinin dosenti, “Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzi”nin direktoru Leyla İsmayılova dəvətli qonaqlar olublar.

Azərbaycanlı nümayəndə heyətinin, məktəb rəhbərliyi və məktəblilərin iştirakı ilə baş tutan tədbir Belarusun azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi cəsarət və qəhrəmanlığa görə, tankçı-qəhrəman Nəcəfqulu Rəfiyevin xatirə lövhəsi qarşısına güllərin qoyulması ilə başlayıb. Daha sonra məktəbdə – ənənəvi Slavyan qonaqpərvərliyi adəti ilə – əziz qonaqların duz-çörəklə qarşılanması, istedadlı belarus məktəblilərinin ifasında xalq mahnıları və hərbi marşlarla zəngin musiqili konsert proqramı ilə davam edib.

Tədbirdə Səməd Vurğun şeirlərinin oxunması, eləcə də məşhur “Cücələrim” mahnısının ifası qonaqlar tərəfindən böyük şövqlə qarşılanıb.

Bəxtiyar Həsənov çıxışında ev sahiblərinin səmimi qəbulana, Hərbi Şöhrət Muzeyinə təşkil edilmiş ekskursiyaya, N.Rafiyevə həsr edilmiş guşəyə, həmçinin bütün müharibə iştirakçılarının xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, görüş-tədbir təklifini ruh yüksəkliyi ilə qarşılayıb, peşəkar yaradıcı komanda ilə tədbirin təşkilini düzənlədiyinə görə məktəbin direktoru Yelena Viktorovna Ryabovaya xalqlar dostluğunu simvolizə edən “Əlsıxma” xatirə suvenirini təqdim edib.

Sonda qonaqlar müəllim və valideynlər tərəfindən hazırlanmış Belarus mətbəxinin təamları ilə zəngin çay süfrəsi masasında 170 saylı tam orta məktəbin fəaliyyəti, yaxın gələcəkdə görüləcək təhsil və yaradıcılıq planları ilə bağlı  müzakirələrlə davam edib. Görüş xoş anlarla yadda qalıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir