“Təəssüf ki, hazırda ATƏT NATO və Aİ-nin əlavəsinə çevrilib, təşkilatın gələcəyi ilə bağlı suallar cavablardan çoxdur”.
“İNFONEWS” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında çıxışı zamanı deyib.
O, NATO-nu Avropada təhlükəsizlik sisteminin dağıdılmasında ittiham edib.
Rusiya XİN başçısı xatırladıb ki, NATO qeyri-qanuni olaraq 1999-cu ildə Yuqoslaviyanı bombalayıb, sonra Kosovonu ondan ayırıb.
Lavrov bundan başqa NATO-nu keçmiş sovet respublikalarını Rusiyaya qarşı çıxmağa məcbur etməkdə ittiham edib.
“2008-ci ildə NATO-nun Buxarest Sammitində Mixail Saakaşviliyə alyansa üzv olmaq vədi verildikdən sonra Gürcüstan Cənubi Osetiyaya qarşı hücuma keçib”, – Lavrov deyib.
Onun sözlərinə görə, NATO indi də Moldovanı eyni proseslərə cəlb edir və Dnestryanı münaqişənin güc yolu ilə həllinə çalışır.