Finlandiya Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib

Finlandiya hökuməti bu gün keçirilən iclasda Rusiya ilə sərhədyanı əməkdaşlıq sazişini ləğv edib.

Bu barədə “İNFONEWS” Rusiya KİV-ə istinadən xəbər verir.

Oktyabrın 20-də Rusiyanın Baş naziri Mixail Mişustin Finlandiya ilə 2024-cü il yanvarın 24-də qüvvəyə minəcək transsərhəd əməkdaşlığın təşviqinə dair sazişə xitam verilməsi haqqında sərəncam imzalayıb.

Finlandiya hökuməti oktyabrın 25-də bu məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən nota aldığını bəyan etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir