Son iki ildə Azərbaycan dəmir yollarında ödənişlərində nağdsız ödənişlərin xüsusi çəkisi 30 %-ə çatıb.
“İNFONEWS” xəbər verir ki, bunu “Visa” beynəlxalq kart təşkilatının vitse prezidenti və regional dirketoru Kristina Doroş Bakıda keçirilən “İnmerge İnnovasiya Sammiti” çərçivəsində təşkil olunmuş “Açıq Bankçılıq və API Qaydaları: Təhlükəsiz Məlumat Paylaşımını və Ödəniş İnnovasiyasını təmin etmək” mövzusunda panel müzakirələrində bildirib.
Onun fikrincə, bu rəqəm getdikcə artacaq.
“Biz maliyyə sektorunun gələcəyini tokenlərdən istifadəni daha da genişləndirməkdə görürük. Rəqəmsal identifikasiyaya, kibertəhlükəsizliyə və süni intellektdən istifadəyə də diqqər yetirilməlidir. Rəqəmsal identifikasiya bizi təmsil edən əsas məsələdir”, – deyə “Visa” rəsmisi qeyd edib.