ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib

ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib.

ABŞ anti-Rusiyaya sanksiyalarını genişləndirərək siyahıya üç gəmiçilik şirkəti və üç neft tankerini də əlavə edib.

“İNFONEWS” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məhdudlaşdırıcı tədbirlər Liberiyadan olan “HS Atlantica Limited” və “Streymoy Shipping Limited”, eləcə də BƏƏ-dən “Sterling Shipping Incorporated” şirkətlərinə tətbiq edilib.

Sanksiyalar siyahısına eyni zamanda Liberiya bayrağı altında üzən “HS Atlantica”, “NS Champion” və “Viktor Bakaev” neft tankerləri də daxil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir