Dünyada ən sürətlə artan İnsanın immunçatışmazlığı virusu (İİV) ÜST-ün Avropa regionunda müşahidə olunur.
“İNFONEWS” xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional direktoru Hans Klügenin Ümumdünya QİÇS-lə Mübarizə Günündə dərc olunmuş bəyanatında deyilir.
“ÜST-ün Avropa regionunda sürətlə artan İİV epidemiyası müşahidə olunur. İnsanların 50 faizinə diaqnoz gec qoyulur. Eləcə də bizə çox gec müraciət edirlər. Bu tendensiya 10 ildir dəyişməyib. Regionumuzun bəzi ölkələrində ölüm göstəriciləri çox yüksəkdir”, – o bildirib.