Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki hissəsi yenidən qurulacaq.
“İNFONEWS” bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işləri başlayıb. Yenidənqurma işləri çərçivəsində kəmərin diametri 1400 mm olmaqla, 800 m uzunluğundakı hissəsi dəyişdiriləcək.
Xatırladaq ki, bu il mayın 2-də həmin hissədə qəza baş verib.