Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçirilib.
Bu barədə “İNFONEWS”-a DİM-dən bildirilib.
Rəqəmsal SAT imtahanı 2023-cü il dekabrın 3-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunub.
İmtahanda 89 nəfər iştirak edib. Növbəti imtahanın 2024-cü il martın 9-da keçirilməsi nəzərdə tutulur.