ABŞ Hind-Sakit Okean regionunda ortamənzilli raketlər yerləşdirəcək.
ABŞ gələn il Hind-Sakit Okean regionunda yerüstü ortamənzilli raketlərin yerləşdirilməsini planlaşdırılır.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Nikkei Asia” ABŞ Ordusunun Sakit Okean Komandanlığının nümayəndəsi Rob Fillipsə istinadla məlumat yayıb.
Məlumata görə, yerləşdirməyə standart SM-6 raketinin yerüstü versiyaları və gözlənilən uçuş məsafəsi 500-2700 km arasında olan “Tomahawk” qanadlı raketi daxildir.
Bildirilib ki, bu, Çinə qarşı çəkindirməni gücləndirməyə yönəlmiş strateji addımdır.
Dəqiq yerləşdirmə yerləri və vaxtı açıqlanmasa da, ABŞ-ın bu raket birləşmələrini ilk olaraq Quamda yerləşdirəcəyi gözlənilir.
“Nikkei Asia” qeyd edir ki, Yaponiya və Filippin hazırda Çin ordusunun birbaşa hədəfinə çevrilmək qorxusundan bu raketləri yerləşdirmək istəmədiklərini bildirirlər.