Azərbaycanda ikili vətəndaşlıqla bağlı məsələyə yenidən baxılması təklif olunur.
Azərbaycanda ikili vətəndaşlıqla bağlı qanunvericilikdə olan məhdudiyyətlərin müzakirəsi təklif olunur.
“İNFONEWS” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə zamanı çıxış edib.
Onun fikrincə, gələcəkdə Qərbi Azərbaycana qayıdan şəxslərin həm Azərbaycan, həm də Ermənistan vətəndaşlığı daşıya bilməsinə nail olunmalıdır.
Toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsinin vacibliyini qeyd edən E.Allahverdiyev vurğulayıb ki, xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür: “Diaspor təşkilatlarının bu məsələdə dəstəyi önəmlidir. Düşünürəm ki, xarici dillərdə danışan gənclərimiz Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmalıdırlar”.