Dostoyevskinin “Şeytanlar”ının “məhv edilmiş” nüsxəsi 2,2 milyon rubla satılıb
Fyodor Dostoyevskinin “Şeytanlar” əsərinin “məhv edilmiş” nüsxəsi 2,2 milyon rubla satılıb.
“İNFONEWS” xəbər verir ki, “Litfond” hərrac evi Fyodor Dostoyevskinin “Şeytanlar” romanının Sovet nəşrini 2,2 milyon rubla satıb.
Bu barədə “Gazeta.Ru” – ya hərrac evinin mətbuat xidmətindən məlumat verilib.
Lotun başlanğıc satış qiyməti 1,5 milyon rubl olub. Lotun təsvirində roman haqqında Sovet senzurasının “böhtan, cəfəngiyyat” adlandırılması, 1989-cu ilə qədər Dostoyevskinin yalnız seçilmiş əsərlərinin tərkibində verilməsi, romanın ayrıca nəşrinə icazə verilməməsi, cəhd edilərən ilk nəşrinin nüsxələrinin “bıçaq altına” göndərilməsi qeyd edilib.
Həmçinin hərrac evinin saytında “Kitabın ümumi sayı təxminən 10 olmasına baxmayaraq, bu, yeganə qorunub-saxlanılmış nüsxəsidir” -, məlumat verilib.