Anar Bağırov: “Azərbaycanda son illərdə vəkillərin sayı üç dəfə artıb”

Anar Bağırov: “Azərbaycanda son illərdə vəkillərin sayı üç dəfə artıb”.

“İNFONEWS”-ün məlumatına görə, bunu Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov qurumun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Dəmir yumruq” hüquq sahəsində keçirilən intellektual müsabiqədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə 2400 vəkil var: “Namizədlərlə birlikdə 3000 nəfərə yaxın şəxsdən söhbət gedir. Bizim peşəmiz elədir ki, namizədlərlə bağlı problemimiz yoxdur. 300-ə yaxın namizəd növbəti test mərhələsini gözləyirlər. Gələn ilin mart ayında imtahanı təşkil edəcəyik”.

O qeyd edib ki, vəkilliyə savadlı adamlar gəlməlidir: “Gənc hüquqşünasların da problemlərini həll etmək lazımdır. Bununla bağlı xüsusi fond var və onlara dəstək veririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir