“Bu meh Vətəndən əsir…” – BƏNZƏRSİZ ÇİÇƏKLƏRİM

“Bu meh Vətəndən əsir…” – BƏNZƏRSİZ ÇİÇƏKLƏRİM

“İNFONEWS” -un “BƏNZƏRSİZ ÇİÇƏKLƏRİM” layihəsi davam edir.

BU MEH VƏTƏNDƏN ƏSİR

Bir meh əsdi, basdı məni bağrına
Elə bildim,
ayrılığı əsir alıb, anam qucdu ruhumu.
Elə bildim,
zindan çəkib, qandal qırıb atam sardı boynumu.
Elə bildim,
qonaq gəldi əsgər gedən qardaşım.
Elə bildim,
Tanrı payım balam öpdü əlimi.
Elə bildim,
qərib düşən əzizlərim, doğmalarım, yığışdılar başıma.
Aman Allah, bu meh Vətəndən əsir,
dilim-dodağım əsir,
əlim ayağım əsir,
Bu meh vətəndən əsir,
Əsir vətəndən, əsir.
Çiçəkdən-güldən əsir,
Obadan-eldən əsir,
Dağılan məzarlıqdan
Qəbirdən-gordan əsir
Əsir vətəndən, əsir
Bu meh Vətəndən, əsir.

Azadə NOVRUZOVA

Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, şairə-publisist, Türkiye İlim ve Edebiyat Eseri Sahibləri Meslek Birliyi (İLESAM), Avrasya Sanat Kültür Edebiyat və Bilim Federasyonu (ASKEF), Türkmən Ədəbiyyatı Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşıdır və Prezident təqaüdçüsü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir