ABŞ-da tornado nəticəsində bir neçə nəfər ölüb

ABŞ-da tornado nəticəsində bir neçə nəfər ölüb.

ABŞ-ın Tennessi ştatında müşahidə olunan tornado nəticəsində bir neçə nəfər həlak olub.

“İNFONEWS” xəbər verir ki, bu barədə xilasetmə xidmətinin nümayəndəsinə istinadən NBC televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.

Associated Press (AP) bildirib ki, təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.

Telekanalın məlumatına görə, tornado həm də binaların uçmasına səbəb olub. Dağıntılar altında bir neçə nəfər qalıb, onların sayı hələ müəyyən edilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir