Ukrayna Fransadakı Yay Olimpiya Oyunlarını boykot edə bilər.
Ukrayna 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarını boykot edə bilər.
“İNFONEWS” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnıy açıqlamasında bildirib.
O, rusiyalı idmançıların yarışa buraxılacağı təqdirdə bu addımı ata biləcəklərini söyləyib.
Qeyd edək ki, Paris 2024 Yay Olimpiya Oyunları 26 iyul – 11 avqust aralığında təşkil olunacaq.