Türkiyədə 2 nəfər koronavirusun “Cənubi Afrika” ştammına yoluxub, eyni zamanda virusun “Braziliya” ştammına yoluxma hallı aşkar edilib.
INFONEWS-un məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib: “Ölkəmizdə aşkarlanan “Britaniya” ştammından əlavə, vətəndaşlarımız arasında koronavirusun “Cənubi Afrika” ştammına yoluxma və “Braziliya” ştammına yoluxma halları qeydə alınıb”.