SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və SOCAR-ın kollektivi müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, yeni enerji strategiyamızın müəllifi, Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib.
Bu barədə “İNFONEWS”-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anaraq məzarı önünə əklil və gül dəstələri qoyublar.
SOCAR-ın kollektivi, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.