İslam dininə aid ibadət yerlərində VAKANT VƏZİFƏLƏR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edir.
“İNFONEWS” xəbər verir ki, vakant vəzifələr bunlardır: Ağcabədi şəhəri “Cümə” məscidi – imam, Astara rayonu, Kijəbə qəsəbəsi “Lovayın” məscidi – imam müavini, Lənkəran rayonu, Separadi kənd məscidi – imam müavini, Tovuz şəhər məscidi – imam, Xaçmaz şəhəri “Təzə şəhər” məscidi – imam, Qax şəhər məscidi – imam və Bakı şəhəri, Yasamal rayonu “Təzəpir” məscidi – qadın dini ayinlərin icraçısı.
Müsahibədə iştirak etmək istəyən namizədlər 2023-cü il dekabrın 13-dən 2024-cü il yanvarın 13-ü saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi 16, AZ 1001) təqdim etməlidirlər: Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış, tərcümeyi-hal, dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış, sağlamlıq haqqında arayış, narkoloji dispanserdən arayış, ruhi-əsəb dispanserindən arayış, məhkumluq barədə arayış, foto (3×4) (4 ədəd) və ərizə.
Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcək.