Uelsin birinci naziri Mark Dreykford istefa verdiyini açıqlayıb.
“İNFONEWS” “Financial Times”a istinadən xəbər verir ki, Dreykford açıqlamasında 2024-cü ilin martına qədər Uels hökumətinin başçısı və Uels Leyboristlər Partiyasının lideri kimi fəaliyyətini davam etdirəcəyini bildirib.
Mətbuat konfransında çıxış edən Dreykford hələ 2018-ci ildə seçildiyi zaman vəzifədə beş il keçirməyə qərar verdiyini və qeyd olunan müddətin başa çatmaqda olduğunu bildirib.
Birinci nazir xələfi seçilənə qədər üzərinə düşən vəzifələri tam şəkildə yerinə yetirməyə davam edəcəyinə söz verib.