DSX: “Bu il 2 tondan çox narkotik vasitə məhv edilib”
Bu il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitə məhv edilib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
Həmin müddətdə 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 36 ton 222 kq narkotik xassəli bitki məhv edilib.